Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda xəstəxanada arvadını öldürən şəxs tutuldu

© Sputnik / Murad OrujovМужчина с ножом, фото из архива
Мужчина с ножом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tibb bacısı Xavər İbrahimovanın boğazını kəsib hadisə yerindən qaçan 1981-ci il təvəllüdlü Faiq İbrahimov saxlanılıb

BAKI, 10 iyun — Sputnik. Bakıda həyat yoldaşını öldürməkdə təqsirli bilinən şəxs saxlanılıb.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində həmin mərkəzdə tibb bacısı işləyən həyat yoldaşı Xavər İbrahimovanın boğazını kəsib hadisə yerindən qaçan 1981-ci il təvəllüdlü Faiq İbrahimov saxlanılıb.

Əli qandallanmış adam, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Keçmiş baş nazirin kəndində dəhşətli qətl törədildi

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, 1978-ci il təvəllüdlü Xavər İbrahimova M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində əri tərəfindən bıçaqlanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.

Məlumata görə, qadın xəstəxananın qeydiyyat şöbəsində çalışıb.

Hadisənin qadının həyat yoldaşı ilə ailə münaqişə zəminində baş verdiyi bildirilir.

Olayla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən istintaq işlərinə başlanılıb.

Xəbər lenti
0