Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəbələdə ayı çobanlara hücum etdi – VİDEO

Abunə olmaq
Çobanlar itləri ayının üstünə qısqırdaraq, yırtıcı heyvanı qova biliblər

BAKI, 29 may — Sputnik. Qəbələ rayonun Laza kəndində qoruq adlanan ərazidə yaylağa köç edən çobanlara ayı hücum edib. 

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı çobanlara və heyvanlara heç bir xəsarət dəyməyib.

Hadisə çobanlar tərəfindən videoya çəkilib. Onlar çoban itlərini ayının üstünə qısqırdaraq, yırtıcı heyvanı qova biliblər. Çobanlar deyirlər ki, hücum edən ayı bala olub, bu səbəbdən də itlər onu qova biliblər. 

Qeyd edək ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında bir neçə istirahət mərkəzi var.

Həmin videogörüntünü sizə təqdim edirik:

Xəbər lenti
0