Ölmüş vəziyyətdə kəsilən heyvan cəmdəyi aşkarlanıb

Bakıya daşınan ölü heyvan cəmdəyi aşkar olunub

43
(Yenilənib 17:24 23.05.2019)
Hazırda faktla bağlı araşdırma davam etdirilir

BAKI, 23 may — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyiyinin (AQTA) və aidiyyəti qurumların əməkdaşları tərəfindən, daxil olan məlumat əsasında Ağcabədi rayon sakini Rəhimov Elçin Namizəd oğluna məxsus avtomobilə baxış keçirilib.

AQTA-nın mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, baxış zamanı avtomobilin yük yerində ölmüş vəziyyətdə kəsilən, istehlaka yararsız 95 kq iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. İlkin araşdırmalar zamanı heyvan cəmdəyinin satış məqsədi ilə Ağcabədidən Bakıya daşındığı məlum olub.

Heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Aparılan müayinələrin nəticələrinə uyğun olaraq qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma davam etdirilir.

43