Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda pedofil saxlandı – Uşağı zorlayıb

© pixabay / AmbermbРебенок
Ребенок - Sputnik Azərbaycan
Abunə olmaq
O, 10 yaşlı oğlanı tovlayaraq şadlıq evinin arxasında zorlamaqda ittiham olunur

BAKI, 22 may — Sputnik. Bakının Binəqədi rayonunda pedofil saxlanılıb. Sputnik Azərbaycan oxu.az-a xəbər verir ki, bu barədə Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Beşinci Polis Bölməsinin əməkdaşları 33 yaşlı Kürdəmir rayon sakini A.Əbilovu saxlayıb.

O, mayın 21-də axşam 20:00 radələrində 10 yaşlı oğlanı tovlayaraq, 3026-cı məhəllədə yerləşən şadlıq evinin arxasında zorlamaqda ittiham olunur.

Pedofili çevik polis alayının əməkdaşları şahidlərin köməyi ilə saxlayıb. Hazırda saxlanılan şəxsin başqa oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır.

Xəbər lenti
0