Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda dəhşət: Oğul anasını öldürdükdən sonra meyitini yandırıb

CC0 / Republica / killTovuzda qətl hadisəsi
Tovuzda qətl hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

BAKI, 20 may — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda dəhşətli qətl hadisəsi törədilib. Bu baraədə Sputnik Azərbaycan-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb. Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.

Polis və prokurorluq orqanlarının birgə əməliyyatı nəticəsində T.Bağırov şübhəli şəxs qismində tutulub. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb. Araşdırma aparılır.

Xəbər lenti
0