Трактор вспахивает поле, фото из архива

Nəqliyyat vasitəsi bu dəfə kənd sakininin başına dərd açdı

65
(Yenilənib 23:30 19.05.2019)
Elnur Abdullazadə bir müddət öncə qoşqulu motosikletlə hərəkətdə olan zaman idarəetməni itirərək nəqliyyat vasitəsini hasara çırpmışdı

Şahpəri  Abbasova, Sputnik Azərbaycan 

BAKI, 19 may— Sputnik. Bu gün Qax rayonunun Qaratala kəndində qəza hadisəsi baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Elnur Qürbət oğlu Abdullazadə “Belarus” markalı traktorla hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini aşırıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qəzadan sonra müxtəlif bədən xəsarətləri alan E.Abdullazadə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı əvvəlcə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Lakin vəziyyəti ağır olduğundan xəstə paytaxta - Travmatologiya Mərkəzinə köçürülüb. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Elnur Abdullazadə bir müddət öncə qoşqulu motosikletlə hərəkətdə olan zaman idarəetməni itirərək nəqliyyat vasitəsini hasara çırpmışdı. Nəticədə o, kəllə-beyin travması almışdı.

65
Qandal, arxiv şəkli

Arvadını öldürməyə cəhd edən şəxs saxlanıb

8
(Yenilənib 14:07 26.09.2020)
Hazırda cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb edilməsi, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

BAKI, 26 sentyabr — Sputnik. Sentyabrın 25-də Gədəbəy rayonu ərazisində Qurudərə kənd sakini Zülfiyyə Məsimovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Gədəbəy rayon Prokurorluğunun mlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin keçmiş əri Rasim Məsimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Zülfiyyə Məsimovanı qəsdən öldürməyə cəhd edərək hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən Rasim Məsimovun tutularaq istintaqa cəlb edilməsi, habelə hadisənin təfərrüatlarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

8
Ukraynada An-26 təyyarəsinin qəzaya uğraması

Zelenski An-26 təyyarələrinin uçuşlarına qadağa qoydu

137
(Yenilənib 14:04 26.09.2020)
Qərar Xarkov yaxınlığında An-26 təyyarəsinin qəzaya uğramasının səbəbinin aydınlaşdırılmasına qədər qüvvədə olacaq.

BAKI, 26 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski An-26 təyyarəsinə analoji olan bütün təyyarələrin uçuşlarının dayandırılmasını tapşırıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu qərar Xarkov yaxınlığında An-26 təyyarəsinin qəzaya uğramasının səbəbinin aydınlaşdırılmasına qədər qüvvədə olacaq.

An-26 təyyarəsi sentyabrın 25-də Xarkov vilayətində hərbi hava limanından iki kilometr aralıda təlim uçuşları zamanı qəzaya uğrayıb. Qəzanın mümkün səbəbi mühərrikin nasazlığıdır.

Təyyarədə qəza zamanı hərbi təyyarəçilər və kursantlar olub. Göyərtədə olan 27 nəfərdən 20-si kursant və 7-si ekipaj üzvü olub. Son məlumatlara görə, onlardan 26-sı həlak olub.

137
Neft, arxiv şəkli

Dünyada neftin qiymətləri ucuzlaşır

0
(Yenilənib 14:37 26.09.2020)
"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

BAKI, 26 sentyabr — Sputnik. Azərbaycan neftinin qiyməti cüzi bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 41,76 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,02 dollar geriləyərək 41,92 dollar, "Light" markalı neftin qiyməti isə 0,06 dollar ucuzlaşaraq 40,25 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0