Ağstafada qadın qarnına bıçaq batmış vəziyyətdə xəstəxanaya gətirilib

79
(Yenilənib 16:26 17.05.2019)
Faktla bağlı araşdırma aparılır

BAKI, 17 may - Sputnik. Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, təxminən 30-35 yaşlı qadın rayonun Muğanlı kəndində qarın nahiyəsindən bıçaqlanmış halda xəstəxanaya yerləşdirilib.

Əməliyyat olunan qadının vəziyyəti orta-ağırdır.

Yaxınlarının bildirdiyinə görə, qadın özü-özünü bıçaqlayıb və elə bıçaq qarnına xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırma aparılır.

79
Ümumvətəndaş pasport və pul, arxiv şəkli

Vətəndaşları "istirahətə" göndərəcəyini vəd edən qadın haqqında cinayət işi başlanıldı

14
(Yenilənib 19:05 10.08.2020)
İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin edilib.

BAKI, 10 avqust — Sputnik. "Daniz Travel" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Azadə Səfərovanın qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında araşdırma aparılmaqla fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Sputnik Azərbaycan Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, aparılmış istintaqla Azadə Səfərovanın öz qulluq mövqeyindən istifadə edərək Türkiyə Respublikasına tətilə göndərmək adı ilə ayrı-ayrı şəxslərin pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etməsinə, bu qanunsuz hərəkətləri ilə ona etibar olunmuş 1 milyon 525 min manat məbləğində özgə əmlakını təkrarən xeyli miqdarda mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlara əsasən, Azadə Səfərovaya həmin Məcəllənin 179.2 (mənimsəmə və ya israf etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə) və 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün 30 iyul 2020-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın 373 min manatının ödənilməsi təmin edilib.

14
Əlaqədar
Masallıda vəzifəli şəxslər həbs olundular
Yüz manat ver, avtomobil gətirim... Alan yox, satan da belə satır
Az idi qəbir yeri satan, biri də çıxdı Yasamaldan
Bankın rəhbərlərindən biri filial müdirinə "atdı", indi də məhkəmə qarşısındadır
Səyahətə gedənlər aeroportda qaldılar - Onların bileti saxta imiş
Məmurlar, arxiv şəkli

Anar Kərimov nazirliyin üç işçisini vəzifədən azad etdi

19
(Yenilənib 17:21 10.08.2020)
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov üç işçini vəzifəsindən azad edib

BAKI, 10 avqust — Sputnik. Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən bildirir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Həmçinin A.Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

19
Qadın güzgüyə baxır, arxiv şəkli

Estetik əməliyyat etdirən ulduz büsbütün dəyişdi

0
(Yenilənib 23:15 10.08.2020)
Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

BAKI, 10 avqust — Sputnik. "Adam Gibi Adam", "Katmer Katmer" ve "İhanetin Bekçisi" və s. mahnıları ilə tanınan türkiyəli müğənni Lara keçirdiyi estetik əməliyyatlar nəticəsində tanınmaz hala gəlib.

2000-ci illərdə Türkiyədə məşhurlaşan 41 yaşlı müğənninin xeyli sayda əməliyyat etdirdiyi bildirilir.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

İzləyicilərinin belə tanımaqda çətinlik çəkdiyi Laranın hətta göz rəngini belə əməliyyatla dəyişdirdiyi iddia edilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от LARA (@lara.official)

Müğənninin bu dəyişimi sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib. Onun bu addımı pərəstişkarlarını məyus edib.

0
Əlaqədar
Azərbaycanlı müğənni həyatdan tez getmiş reperlərə yeni trek həsr edib
Ulduzlarımız karantində Bakıdan Türkiyəyə qaçırlar
Canet Cekson azərbaycanlı müğənniyə təşəkkür edib: Mahnımı gözəl oxuyursan
Bakı "YouTube"dan Azərbaycan xalq mahnısını mənimsəmiş kanalların bağlanmasını tələb edir