CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranlı qadın qarnında Azərbaycana narkotik keçirdi

© State Border Service of Azerbaijan Republicİranla sərhəddə yerləşən sərhəd zastavası, arxiv şəkli
İranla sərhəddə yerləşən sərhəd zastavası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Metamfetamin Azərbaycan ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr siyahısına daxildir

BAKI, 17 may — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından gələn bu ölkə vətəndaşı Zolfagharı Sabzeh Khanı Hanıeh Alı qızı Biləsuvar gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib. 

Astara Rayon Polis Şöbəsi - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda külli miqdarda narkotik müsadirə edildi

Bildirilib ki, şəxsi yoxlama zamanı həkim müayinəsinə zərurət yaranıb. Müayinə zamanı onun daxili bədən boşluğundan ümumilikdə 3 ədəd, sellofan bükümdə xalis çəkisi 162,54 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0