Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Masallıda 66 yaşlı kişini körpü üstündə döyüb öldürdülər

© Sputnik / Rahim MuradovMübahisə obyekti olan körpü
Mübahisə obyekti olan körpü - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə şahidləri bildirirlər ki, mərhum sinəsindən yumruq zərbələri alıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 16 may – Sputnik. Masallı rayonunda ölümlə nəticələnən münaqişə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Təzəkənd sakini, 1953-cü il təvəllüdlü  Bəxtiyar Rəhmanov bir qrup şəxs tərəfindən döyülüb.

© © Bəxtiyar Rəhimovun ailəsi tərəfindən təqdim olunubBəxtiyar Rəhimov
Masallıda 66 yaşlı kişini körpü üstündə döyüb öldürdülər - Sputnik Azərbaycan
Bəxtiyar Rəhimov

Kəndin su kanalı üzərindən salınan körpünün dağıdılması zamanı mübahisə yaranıb. Belə ki, "Qazel" markalı mikroavtobusla əraziyə gələn Vəfadar, Elnur, Pərvin, Telman və İlham adlı 5 nəfər mal-qaranın torpaqlarına keçməsinin qarşıını almaq üçün körpünü sökməyə başlayıblar. Bəxtiyar Rəhmanov isə söküntü işlərinə mane olmağa çalışıb.

Hadisə şahidləri bildirirlər ki, mərhum sinəsindən yumruq zərbələri alıb. Nəticədə halı pisləşən B.Rəhmanov yaxınları tərəfindən Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Şöbəsinə aparılıb. Faktla bağlı araşdırma davam edir.

Xəbər lenti
0