Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda anbardan 40 minlik ayaqqabı apardılar

© Sputnik / Tarana KhudabakhshiyevaОбувь в багажнике автомобиля инструктора Арзу Кюрсюм Бабазаде
Обувь в багажнике автомобиля инструктора Арзу Кюрсюм Бабазаде - Sputnik Azərbaycan
Abunə olmaq
Oğurluq anbarın divarının sökülməsi ilə fevral ayının 10-dan mayın 13-dək olan müddətdə həyata keçirilib

BAKI, 15 may — Sputnik. Bakıda anbardan 40 min manat dəyərində qadın ayaqqabısı oğurlanıb. 

Вор, фото из архива - Sputnik Azərbaycan
Dini məkandan oğurluq olub, həm də qəribə şəkildə

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər lenti
0