Rəşid Behbudovda tıxac

Paytaxtın mərkəzində sürücülər çətin anlar yaşayıb

43
(Yenilənib 17:39 14.05.2019)
Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülüb

BAKI, 14 may — Sputnik. Bu gün axşam saatlarına doğru Rəşid Behbudov küçəsindən keçən su-kanalizasiya sistemində baş verən nasazlıqla əlaqədar olaraq yolun hərəkət hissəsində çətinliklər yaranıb. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Rəşid Behbudov küçəsində kanalizasiya xətti partlayıb
© BNA-nın mətbuat xidməti.
Rəşid Behbudov küçəsində kanalizasiya xətti partlayıb

Məlumata görə, bu səbəbdən də Rəşid Behbudov küçəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. Hərəkətin intensivliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Svetoforlarda yaşıl dalğa tətbiq edilib.

43
Teqlər:
təmir, sıxlıq, küçə, yol
Əlaqədar
Bakıda avtomobil körpüdən aşdı, tıxac yarandı
Bakıda tıxac ortadan qalxacaq – Beş qurum birgə qərargah yaratdı
Bakı küçələri bitib-tükənməyən tıxac məngənəsində, çıxış yolu da görünmür
Bakıda qəza olub, ciddi tıxac yaranıb