CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mayda yay havası - XƏBƏRDARLIQ

© AFP 2023 / DENIS CHARLETУличный термометр, фото из архива
Уличный термометр, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sabah 32 dərəcə isti olacaq

BAKI, 14 may - Sputnik. Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Дождливая погода в Баку - Sputnik Azərbaycan
HADİSƏ
Duman, yağış, dolu - "Nəhs" günün hava proqnozu

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 23-28, Bakıda gecə 15-17, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında isə havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti təşkil edəcək. 

Xəbər lenti
0