Rayon Polis Şöbəsi

İran-Azərbaycan əlaqələrinə "töhfə" vermək istəyən şəxsə qarşı əməliyyat keçirilib

36
(Yenilənib 11:21 14.05.2019)
Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır

BAKI, 14 may — Sputnik. Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Kolanlı kənd sakini Ruhid Həbibov saxlanılıb.

Həmin şəxsdən 119 qram çəkidə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı R.Həbibovun narkotik vasitəni İran İslam Respublikasından əldə edərək qaçaqmalçılıq yolu ilə respublika ərazisinə keçirdiyi müəyyən edilib.

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

36
Əlaqədar
Külli miqdarda narkotik götürülüb, narkotacirlər həbs olunub
Düz bağırsağında Azərbaycana 4 bağlama narkotik gətirmək istədi
Azərbaycanda külli miqdarda narkotik müsadirə edildi
Cəlilabadda film kimi olay: Polislə narkotacirlər arasında atışma düşüb