Körpə uşaq əli, arxiv şəkli

Tovuzda yeni doğulmuş körpə öldü

38
(Yenilənib 20:23 13.05.2019)
Qadının qeysəriyyə əməliyyatı vasitəsi ilə oğlu doğulub. Doğuşdan bir müddət sonra körpə xəstəxanada ölüb

BAKI, 13 may — Sputnik. Tovuz rayonunda yeni doğulmuş körpə naməlum səbəbdən ölüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ağstafa rayonunun Düz Qışlaq kənd sakini, 22 yaşlı Asiya Məmmədkərimova doğuş üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qadının qeysəriyyə əməliyyatı vasitəsi ilə oğlu doğulub. Doğuşdan bir müddət sonra körpə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

38