Проведение бронхоскопии, фото из архива

Yanan gəmidəki işçilər barədə acı xəbər

2509
(Yenilənib 19:56 12.05.2019)
“İsrafil Hüseynov” gəmisində partlayışda yaralanmış işçilərdən 1-i Fransada ölüb

BAKI, 12 may - Sputnik. Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış "Saipem" şirkətinin 11 əməkdaşı ( o cümlədən Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına nəql edilib.

Şirkətdən ONA-ya verilən məlumata görə, həmin şəxslər mayın 11-də "Medevac" - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə nəgl edilib.

Məlumatda qeyd edilib ki, daha yüngül xəsarət almış 3 şirkət əməkdaşı artıq vətənlərinə qayıdıblar: "Saipem" şirkəti dərin təəssüf hissi ilə bildirir ki, ən kritik olan əməkdaşımız bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşımızın həyat üçün təhlükə isə aradan qaldırılıb".

2509