Los Ancelesdə mobil telefonla zəlzələnin öncədən xəbərdarlığı izlənilir

Bakıda yarış zamanı qəribə hadisə olub - VİDEO

129
Bakıda yarış zamanı cüdoçunun kimonosundan mobil telefon düşüb

BAKI, 12 may - Sputnik. Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışında qəribə hadisə baş verib.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində tatami üzərinə çıxan Portuqaliya idmançısı Anri Equtidzenin kimonosundan mobil telefon düşüb.

Hadisə isveçli Robin Paçeklə 1/16 final görüşünün 13-cü saniyəsində qeydə alınıb. Nəticədə Equtidze diskvalifikasiya edilib. Qaydalara əsasən, tatamiyə kənar əşyalar gətirmək qadağandır.

Anri Equtidze gənclər arasında Avropa çempionu, müxtəlif sayda qran-prilərin mükafatçısıdır.

Böyük Dəbilqənin ilk 2 yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Yarış bu gün yekunlaşacaq.

129