Təcili tibbi yardım

Gəncənin mərkəzində bədbəxt hadisə baş verib

34
Gəncədə yolun çökməsi nəticəsində yük maşını çuxura düşüb, sürücü xəsarət alıb

BAKI, 9 may - Sputnik. Gəncə şəhərinin mərkəzi küçəsində bədbəxt hadisə baş verib.

ONA-nın məlumatına görə, şəhərin Nəriman Nərimanov prospektində kanalizasiya sisteminin bərpası ilə bağlı aparılan iş zamanı yol çöküb. 

“Shagman” markalı yük maşını yolun çökməsi nəticəsində yaranmış çuxura düşüb. Yük maşının sürücüsü xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

34