Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb, ağır yaralılar var

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb

BAKI, 5 may — Sputnik. Bu gün səhər saatlarında paytaxtın Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

217 saylı marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, qəzada xəsarət alanlardan 3-ü qadın, 3-ü kişidir. Onlar 3 saylı Şəhər Klinik Xəstəxana yerləşdiriliblər. Xəsarət alanlardan 2-nin durumu ağır, 4-nün durumu orta-ağırdır.

Xəbər lenti
0