Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyinə həyəcan siqnalı gəlib

134
(Yenilənib 10:30 05.05.2019)
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib

BAKI, 5 may — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda, ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 25 m² sahədə, içərisində 1 ədəd kondisioner, digər otaqların taxtadan ibarət qapıları və bitişik ümumi sahəsi 12 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yüksək temperaturdan digər otaqlar və dəhliz 65 m² sahədə qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

134
Teqlər:
ev, FHN, yanğın
Əlaqədar
Paytaxtda yanğın olub
Paytaxtda binada yanğın baş verdi, insanlar təxliyə olundu
Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub