Lənkəran Mərkəzi Rayon Xəstəxanası

Lənkəranda doğuş faciəsi yaşanıb

103
(Yenilənib 11:25 03.05.2019)
Səhiyyə Nazirliyi: Həkim səhlənkarlığı olubsa, həmin həkim cəzasını alacaq

BAKI, 3 may — Sputnik. Lənkəran Mərkəzi Rayon Xəstəxanasında ana ölümü baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, 1979-cu il təvəllüdlü Quliyeva Vəfanə Kərim qızı mayın 1-də qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirib. Bundan sonra qadın daxili qanxanmadan dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ölüm hadisəsi baş veribsə, cinayət işi açılacaq və istintaq bu məsələni araşdıracaq: "Həkim səhlənkarlığı olubsa, həmin həkim cəzasını alacaq".

103
Teqlər:
həkim, qadın, doğuş, ana
Əlaqədar
Ağsuda ana doğuşdan 5 gün sonra ölüb
"Ana ölümlərində hemofiliya xəstəliyinin də rolu danılmazdır" - Ayaz Hüseynov
Daha bir ana ölümü baş verdi
Ana ölümü ilə bağlı cinayət işi başlandı
Qadın, arxiv şəkli

Kafeyə "dəm-dəstgah"la gedən qadını soydular

26
550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin qadın olduğu müəyyən edilib

 

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 5 avqust — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən kafelərin birində qadına məxsus çantadan pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 550 manat pulu və ümumi dəyəri min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayan şəxsin M.Mahmudova olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanıb. Faktla bağlı araşdırma aparılır.

26
Beyrutda partlayış

Minlərlə insanın yaralanmasına 78 nəfərin ölümünə məsuliyyətsizlik səbəb olub

65
(Yenilənib 08:21 05.08.2020)
Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

BAKI, 5 avqust - Sputnik. Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, partlayış zamanı, həmçinin 4 minədək insan xəsarət alıb.

Partlayışın səbəblərinə gəldikdə isə, Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu partlayıb.

Bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib. Həmin yükün Afrika ölkələrindən birinə məxsus olduğu bilinir.

ABŞ prezidenti Donald Tramp isə Livanın paytaxtı Beyrutda onlarla insanın ölümünə, eləcə də böyük dağıntılara səbəb olan güclü partlayışın “dəhşətli bir hücum”a bənzədiyini deyib.

65
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Gündəmdə saziş var: Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

0
(Yenilənib 20:31 06.08.2020)
Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib

BAKI, 6 avqust — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib.

Sputnik Azərbaycan-a XİN-dən daxil olan məlumata görə, C.Bayramov və Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğulayıb.

Tərəflər Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Nazir bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, Ermənistanın nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran Ermənistanın təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulanıb. İşğalçı ölkə Ermənistanla işğala məruz qalan Azərbaycana eyni yanaşmanın nümayiş etdirilməsinin qəbuledilməz olduğunu bildirən nazir BMT TŞ qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulayıb.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini və İttifaqın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0