CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəndlini öldürüb qaçan şəxs həbs edildi

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb

BAKI, 2 may — Sputnik. Mayın 1-də saat 22 radələrində Tərtər rayonunun Poladlı kəndi ərazisində yolu keçən kənd sakini Məhər Hüseynov müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "NAZ Lifan" markalı avtomobillə törədildiyi müəyyən edilib.

Piyadanın ölümü ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Mamırlı kənd sakini Hüseyn Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0