CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya böyük fəlakətdən döndü: İkinci Çernobıl qəzası...

© REUTERS / GENYA SAVILOVUkrayna bayrağı
Ukrayna bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
AES-də ABŞ istehsalı olan yanacaqdan istifadə edilir ki, bu da sovet mütəxəssisləri tərəfindən tikilən reaktorlara yaramır

BAKI, 30 aprel — Sputnik. Ukraynanın Rovno Atom Elektrik Stansiyasında transformatorun sıradan çıxması səbəbindən yanğın baş verib. Yanğın zamanı stansiyanın 3 saylı bloku sıradan çıxıb. Radioaktiv fon normanı keçib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, hazırda AES-in 1-ci və 4-cü enerji bloku işləyir, 2-ci blokunda isə əsaslı təmir gedir.

AES-in mətbuat xidmətinin məlumatına görə, baş vermiş hadisə nəticəsində radioaktiv fon və ekoloji durum dəyişməyib.

Fransada Flamanvil Atom Elektrik Stansiyası, arxiv şəkli - Sputnik Azərbaycan
Fransada AES-də partlayış olub

Yanğının söndürülməsinə 36 nəfər və 10 texnika cəlb olunub.

Sonuncu dəfə Rovno AES-də qəza aprelin 16-da baş verib. Həmin vaxt üçüncü enerji blokunda əsas dövriyyə nasosunda nasazlıq yaranıb, bu da reaktorun gücünün boşaldılmasına gətirib çıxarıb.

Buna qədər isə yanvar ayında üçüncü blokda problem yaranıb. Həmin vaxt da enerji blokunun gücünün azaldığı bildirilirdi.

Ukrayna Ali Radasının deputatları təhlükəsizliyə nəzarətin olmaması səbəbindən sözügedən AES-i "saat mexanizmi ilə işləyən bomba" adlandırıblar.

Ukrayna AES-də bu cür gözlənilməz qəzalar tez-tez baş verir. Mümkün fəlakətlərin səbəbini ekspertlər ixtisaslı kadr çatışmazlığı ilə izah edirlər. Onlar həmçinin bildirirlər ki, sözügedən AES-də ABŞ istehsalı olan yanacaqdan istifadə edilir ki, bu da sovet mütəxəssisləri tərəfindən tikilən reaktorlara yaramır.

Xəbər lenti
0