Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncə-Daşkəsən yolunda baş verən tükürpədici qəzanın təfərrüatı

© Sputnik / Murad OrujovОснащение кареты скорой помощи, фото из архива
Оснащение кареты скорой помощи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı hər iki avtomobildə ümumilikdə 9 nəfər olub

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Göygöldə 8 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasının bəzi detalları məlum olub. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
HADİSƏ
Göygöldə dəhşətli hadisə: 8 nəfər həlak olub, 1 nəfər ağır yaralıdır

Avtomobillərin sürücüləri ötmə əməliyyatını düzgün həyata keçirmədikləri üçün toqquşma baş verib. Hadisə zamanı hər iki avtomobildə, ümumilikdə 9 nəfər olub.

Onlardan 8-i hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan, 1991-ci il təvəllüdlü Həsənova Rüqiyyə Ramiz qızı boyunun və sifətin çox saylı kəsilmiş yaraları ilə Gəncə Şəhər Xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, bu gün günorta saatlarında Gəncə-Daşkəsən yolunda avtomobil qəzası baş verib. "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Baş verən yol nəqliyyat hadisəsi nəticəsində 8 nəfər dünyasını dəyişib.

Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Daha bir nəfər qadın isə Gəncə Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

"VAZ-2107"nin sürücüsünün 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, "VAZ-2106"nın sürücüsünün isə 1986-cı il təvəllüdlü Aslan Rüfət oğlu Camalov olduğu müəyyən edilib. Sürücülərin hər ikisi Daşkəsən rayon sakinləridir.

Həlak olan sərnişinlər isə bunlardır: 1934-cü il təvəllüdlü Orucova Firəngiz Dəmir qızı, 1958-ci il təvəlüdlü Orucova Nahidə Qəzənfər qızı, 2018-ci təvəllüdlü Həsənova Rübabə Eldəniz qızı (bunlar "VAZ-2107"nin sərnişinləridir), 1949-cu il Bayramov Həmid Səməd oğlu, 1995-ci il təvəllüdlü Camalova Sevinc Mehman qızı, 2016-cı il təvəllüdlü Camalov Hüseyn Aslan oğlu (bunlar isə "VAZ-2106"nın sərnişinləridir).

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0