Həbs olunan adam

Bakıda həkim ağır cinayət başında yaxalanıb

363
(Yenilənib 15:16 29.04.2019)
Faktla bağlı saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir

BAKI, 29 aprel — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib. Bu barədə Sputnik Azırbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Məlumata görə, İdarəyə Bakı şəhər sakini Araz Niftəliyevin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir zamanı həmin şəxs güclü təsiredici xassəyə malik narkotik vasitələr olan 1 kiloqram 517 qram heroini və 201,171 qram metamfetamini 18000 dollar və 1000 manata şərti alıcıya satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.

A.Niftəliyev ifadəsində deyib ki, narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədi ilə alıb.

Qeyd edək ki, saxlanılan şəxs ixtisasca diş həkimidir. A.Niftəliyev narkotik vasitələri satan zaman öz adından yox, əsl peşəsinə uyğun olan "doktor" ləqəbindən istifadə edirmiş.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

363
Teqlər:
həkim, polis, narkotik maddə, idarə
Əlaqədar
Yenə İran, yenə narkotik, yenə külli miqdarda
Populyar reperimiz narkotikə görə həbs edildi - RƏSMİ
Baş nazir: "Azərbaycanda 8 tondan çox narkotik məhv edilib"
Bakıda "ərəb" narkotacir saxlanılıb
Çaykənd kəndində duman, arxiv şəkli

Dağlarda duman, yağış - Sabahın havası

3
(Yenilənib 14:28 20.09.2021)
Havanın temperaturu gecə 16-21, gündüz isə 28-33, dağlarda gecə 9-14, gündüz isə 17-22 dərəcə olacaq.

BAKI, 20 sentyabr — Sputnik. Sentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə olacaq.

Həmçinin oxuyun:

Qarşıdakı həftənin ilk gününün hava proqnozu

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

3

Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi

12
Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib.

BAKI, 19 sentyabr — Sputnik. Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib. Belə ki, azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı tərəfindən öldürülüb. İki uşaq anası olan 53 yaşlı T.Yaman Avanos bölgəsində yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən baş vermiş mübahisə qanla bitib.

Ev sahibi Duran Aşar ov tüfəngi ilə qadına atəş açıb və öldürüb. O, daha sonra evi tərk edib.

Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb.

Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

12
Teqlər:
qətl, Türkiyə, qadın

Vladimir Putin özünü əla hiss edir

1898
(Yenilənib 14:57 20.09.2021)
Rusiya Prezidenti ətrafında koronavirusa yoluxma hallarının artması səbəbindən karantin rejimindədir və özünü əla hiss edir.

BAKI, 20 sentyabr — Sputnik. Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident özünü əla hiss edir, işləyir. Lakin bu həftə tədbirlər əsasən videokonfrans rejimində keçiriləcək", - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib. 

14.09.2021 - 113:31

Vladimir Putin özünü təcrid etdi

Rusiya Prezidenti Vladimir Putin ətrafında koronavirusa yoluxma hallarının artması səbəbindən özünütəcrid rejiminə əməl etməli olduğunu bildirib. Bu barədə RİA Novosti Kremlə istinadla məlumat yayıb.

Qeyd edək ki, Rusiya Prezidenti ötən il "Sputnik-V" peyvəndi vurdurduğunu və prosesdən sonra özünü yaxşı hiss etdiyini bildirmişdi.

Xatırladaq ki, digər dövlət başçılarından fərqli olaraq Vladimir Putin peyvənd olunarkən foto çəkdirməmişdi.

1898