Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

İtkin düşmüş məktəbli qız tapılıb

427
(Yenilənib 18:51 27.04.2019)
Polis 13 yaşlı şagirdi aprelin 27-də tapıraq ailəsinə təhvil verib

BAKI, 27 aprel — Sputnik. Bakı şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğu itkin düşmüş məktəblinin tapılması ilə bağlı birgə rəsmi məlumat yayıb.

Sputnik Azəbaycan həmin məlumata istinadən xəbər verir ki, aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə müraciət daxil olub. Müraciət əsasında Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, aprelin 26-da Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən 5 nömrəli məktəbin şagirdi Aydan Əliyeva dərsdən geri qayıtmayıb. A.Əliyeva son dəfə aprelin 27-də səhər saat 5:00 radələrinda Binəqədi rayonu Zərifə Əliyeva parkının yanında gəzərkən yaxınlıqdakı marketin kameralarına düşüb.

427
Teqlər:
polis, qız, məktəbli, itkin
Əlaqədar
Polis 40 gündür itkin düşən şəxsi axtarır – FOTO
İtkin düşmüş iş adamının cəsədi tapıldı
İsmayıllı sakini “Məni axtarmayın” dedi və itkin düşdü