Tənzif

İt dişləyən uşaqdan xəbər var

128
(Yenilənib 18:14 23.04.2019)
"Onda heç bir quduzluq əlaməti yoxdur" - Məhəbbət Cəfərov

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 23 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb. Dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan azyaşlının səhhəti ilə bağlı son durumu haqda məlumat almağa çalışdıq. KTM-in Üz-Çənə Cərrahiyyəsi şöbəsinin həkimi Məhəbbət Cəfərov Sputnik Azərbaycan-a açıqlamasında onun nəzarətində olan azyaşlının səhhəti ilə bağlı son məlumatı açıqlayıb: "Uşaq xəstəxanaya qəbul olunan vaxtdan ona lazım olan zərdablar vurulub, sol yanağındakı qopmuş yara tikilib. Lazım olan bütün müalicə tədbirləri yerinə yetirilib. Quduzluğa qarşı azyaşlıya 3 gündən bir zərdab vurulur. Hazırda uşağın vəziyyəti yaxşıdır. Onda heç bir quduzluq əlaməti yoxdur".

Üzünü it gəmirən uşaq
Üzünü it gəmirən uşaq

"Üzdəki yaralarına görə azyaşlı həftənin sonunadək uşaq üz-çənə cərrahiyyəsi şöbəsində yatacaq. Bu həftənin sonu onun üzündəki tikişlər çıxarılacaq. Sonrakı proseslər isə onun yaşayış yeri olaraq qeydiyyatda olduğu ərazinin poliklinikasında, ya da ki, ya da 1 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdiriləcək" - deyə həkim bildirib.

Qeyd edək ki, bu həftənin sonunda azyaşlının evə buraxılması planlaşdırılır.

128