Siyaku kəndi ərazisində torpaq sürüşməsi

Cənub bölgəsində ciddi təhlükə meydana çıxıb

220
(Yenilənib 17:42 22.04.2019)
Hazırda ərazidə sürüşmə davam edir və yağıntıların miqdarı artarsa, başqa evlərə də ziyan dəyə bilər

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 22 aprel — Sputnik. Astara rayonunda bir ailə evsiz qalıb. Son günlər yağan yağışlardan sonra rayonun Siyaku kəndi ərazisində torpaq sürüşməsi aktivləşib. Nəticədə 1948-ci il təvəllüdlü Təcrübə İskəndərovaya məxsus 2 otaq və 1 eyvandan ibarət olan ev yararsız vəziyyətə düşüb.

Ev sahibinin oğlu Şükür Ağayevin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, torpaq sürüşmələri ötən aydan başlayıb: "Martn 26-dan başlayaraq kənddə torpaq sürüşmələri meydana çıxıb. Son 2-3 gün ərzində yağan yağışlardan sonra isə sürüşmə daha da aktivləşdi və evimiz bu hala düşdü".

"Aprelin 22-ə keçən gecə bayırdan bərk tappıltı səsi gəldi. Yoldaşım çölə çıxıb gördü ki, divar uçub. Sanki ev gedir. Hay-küy salıb qonşuları çağırdıq və köməkləşib evdən uşaqlarla anamı çıxardıq. Təxminən, 100-150 ədəd sitrus ağacı torpaq sürüşməsi nəticəsində kökündən çıxaraq məhv oldu. Kənd icra nümayədəsinə müraciət etdik, o da gəlib baxdı və çıxıb getdi. O gündən bizim harayımıza baxan yoxdur" - Ş.Ağayev bildirib.

O, aidiyyəti qurumlardan kömək istədiklərini dilə gətirib: "Gündən-günə torpaq sürüşmələri artır, artıq burada yaşamaq mümkün deyil".

Astara rayon Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyev isə məsələ ilə bağlı Sputnik Azərbaycan-a deyib ki, T.İskəndərovanın evinin yararsız hala düşməsi barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib: "Evin uçması haqqında Astara Rayon İcra Hakimiyyətnin Memarlıq şöbəsinə müraciət etdik. Memarlıq şöbəsinin əməkdaşları hadisə yerinə gələrək evə baxış keçirdilər və bundan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətt"inə zəng edərək məlumat verdik".

  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    © Sputnik / Rahim Murad
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    © Sputnik / Rahim Murad
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    © Sputnik / Rahim Murad
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    © Sputnik / Rahim Murad
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    © Sputnik / Rahim Murad
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    © Sputnik / Rahim Murad
  • Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    Siyaku kəndi ərazisində torpaq sürüşməsi
    © Sputnik / Rahim Murad
1 / 7
© Sputnik / Rahim Murad
Siyaku kəndi ərazisində torpaq sürüşməsi

"Ondan sonra FHN-ə rəsmi məktub göndərilib və nəticəsini gözləyirik, nəticə barədə də məlumat verəcəyik. Hazırda ərazidə sürüşmə davam edir və hesab edirik ki, yağıntıların miqdarı artarsa, sürüşmə nəticəsində başqa evlərə də ziyan dəyə bilər" - deyə R.Dədəyev vurğulayıb.

Məlumat üçün bildirək ki, 5 nəfərdən ibarət Ağayevlər ailəsinin 2 üzvü azyaşlıdır və indi onlar qohumlarının evində qalırlar. Hazırda ərazidə 10-dan çox ev təhlükə qarşısındadır.

220
Teqlər:
sürüşmə, torpaq, ev, Astara
Əlaqədar
Sürüşmə zonasında son durum
Ağsu dolayında sürüşmə baş verib, yol çöküb
Quba-Xınalıq yolunda fövqəladə vəziyyət: Qaya parçaları dağdan aşağı sürüşür
“Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi mümkün ola bilər”
Termometr

Sabah temperatur yüksələcək

11
Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

BAKI, 16 iyun — Sputnik. İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək, gecəyə doğru şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

11

Bakı metrosunda gözlənilməz hadisə: Tunelə tüstü doldu

1845
(Yenilənib 09:50 16.06.2021)
Bu gün səhər saatlarında paytaxt metropoliteninin stansiyalarından birinin tunelinə tüstü daxil olub.

BAKI, 16 iyun - Sputnik. Metronun "Əhmədli" stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib.

"Bakı Metropoliteni"ndən verilən xəbərə görə, elektrik mühafizəsi dərhal işə düşüb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb. Sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub.

Metropolitenin iş rejimində dəyişiklik yoxdur.

1845
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz"

0
Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya, bütün dünyaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar.

BAKI, 16 iyun — Sputnik. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentdə çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların və zənginliyin sözlə ifadəsi mümkün deyil: "Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçün də yeni bir dönəmin başlanğıcıdır. Məsələn, Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya, bütün dünyaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Ermənistan Azərbaycanla problemlərini həll etdikcə biz də lazımi addımlar atacağıq. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz".

Milli Məclisin xüsusi iclası

Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçirilib.

Toplantıda iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisə gəlib.

Türkiyə prezidenti iclasda deputatların önündə çıxış edib.

Türkiyə prezidentinin Azərbaycana səfəri

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində o, iyunun 15-də Şuşa şəhərində olub. Burada iki ölkə arasında Şuşa bəyannaməsi imzalanıb.

Eləcə də oxuyun:

  • Ərdoğan: Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi dünyaya açıq mesajdır

  • Millət vəkili: “Şuşa Bəyannaməsinin imzalanması əhəmiyyətlidir”

  • Şuşa Bəyannaməsinin TAM MƏTNİ dərc olunub

0
Teqlər:
sərhəd, Türkiyə, Azərbaycan, Ermənistan, Rəcəb Tayyib Ərdoğan
Mövzu:
Ərdoğanın Azərbaycana, Şuşaya səfəri