İt, arxiv şəkli

Bakıda dəhşətli olay: Uşağın üzünü it gəmirdi - FOTO

115
(Yenilənib 19:42 21.04.2019)
Ağır yaralanan 4 yaşlı uşaq 1  saylı Klinik Xəstəxanaya aparılıb

BAKI, 21 aprel – Sputnik. Bakıda azyaşlı quduz itin hücumuna  məruz qalıb.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, hadisə aprelin 18-də  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.

Üzünü it gəmirən uşaq
Üzünü it gəmirən uşaq

İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum  edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.

Ağır yaralanan 4 yaşlı uşaq 1  saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.

Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

115
Əlində bıçaq olan adam, arxiv şəkli

Gədəbəydə qardaşoğlu əmisini öldürdü, bibisinə xəsarət yetirdi, evlərini yandırdı

6
(Yenilənib 12:42 19.01.2021)
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

BAKI, 19 yanvar — Sputnik. 12 iyul 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Sənubər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sputnik Azərbaycan Gədəbəy Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaq zamanı zərərçəkmiş Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı xüsusi amansızlıqla Oruc İsgəndərovu qəsdən öldürməsinə, Sənubər İsgəndərovanı isə qəsdən öldürməyə cəhd etməsinə, həmçinin sonuncuların yaşadıqları evi yandıraraq əmlaklarını məhv etməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Arzu İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

6
Teqlər:
qətl, ölüm, Gədəbəy
Hirkan Milli Parkında yanğın, arxiv şəkli

Milli parkda 100 hektar məhv oldu

11
FHN-in "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də ETSN əməkdaşları yanvarın 16-dan fəlakətlə mübarizə aparıblar

BAKI, 19 yanvar — Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğın söndürülüb.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ilkin hesablamalara görə, təxminən 100 hektar sahədə quru ağac, kol-kos və xəzəl yanıb.

Qeyd edək ki, yanğın yanvarın 16-da başlayıb.

Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin "BE-200ÇS" tipli amfibiya təyyarəsi, Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları cəlb olunublar.

11
Teqlər:
məhv, yanğın, Hirkan Milli Parkı

“Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” - qazi

0
(Yenilənib 11:53 19.01.2021)
Yardımlı rayonu Bürzünbül kənd sakini Əsgər Səfərov 44 günlük Vətən müharibəsi zamanı yaralansa da “Vətən uğrunda yaralandığıma görə çox xoşbəxtəm” deyir.

2008-ci ilin iyul ayında həqiqi hərbi xidmətə yollanan qazimiz nümunəvi xidmət etdiyinə görə komandanlığı onu hərbi hissədə saxlayıb. “Canavar” ləqəbli tankçı Əsgər Səfərov düşmənin bir neçə hərbi texnikası və canlı qüvvəsini məhv edib.

Instagram / firstvicepresidentazerbaijan

“Sentyabrın 27-də səhər saat 07:00-da biz əməliyyata başladıq. Bizim əməliyyatımız Cocuq Mərcanlıdan Xudafərin körpüsünə qədər davam etdi. Həmin döyüşlərdə düşmənin kalan tankları və şəxsi heyəti məhv oldu. Çoxlu sayda hərbi texnikaları əlimizə keçdi. Oktyabrın 6-da Xudafərin körpüsünün yanından axşam saat 18:00-da biz əməliyyata başladıq. Bizim bir tank və bir BMP-miz var idi, o biri tanklarımız başqa istiqamətdən əməliyyata başlayacaqdılar. Mənfur düşmən bizi güclü artilleriya atəşinə tutmağa başladı. Mən dərhal texnikaları geriyə çəkmək komandasını verdim. Rabitə vasitəsi ilə əlaqəyə çıxıb texnikanı Araz çayının kənarında saxlamağı əmr etdim”, - deyə qazi Əsgər Səfərov qeyd edib.

"Vətən yolunda gedib, şəhid olub. Bundan qürurlu nə ola bilər ki?!" - Şəhid atası >>

Həmin ərazidə gedən şiddətli döyüşlərdə ermənilərin 60 nəfərə yaxın şəxsi heyəti məhv edilib və onların bir neçə ədəd döyüş texnikası ələ keçirilib. “Canavar”ın tabeliyində olan əsgərlər şəhidlərimizi və yaralılarımızı götürüb arxaya gəliblər. Qazimiz şəhidi döyüş meydanından götürərkən mənfur düşmən “Faqot” silahından ona tərəf atəş açıb. O, tabeliyində olan əsgərləri ərazidən çıxarıb, şəhidi ermənilər aparmasın deyə özü həmin yerdə tək qalıb.     

“Düşmən mənə TƏİR raketindən atəş açdı, o raketlər tank üçündür. Vura bilərdilər, amma Allah bizim tərəfdə idi. Şükür Allaha ki, tez bir zamanda torpaqlarımız alındı, biz çox sevindik. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza da şəfa versin! Allah Ordumuza kömək olsun!”, - deyə Əsgər Səfərov bildirib.

0