Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdəmirdə evdə partlayış zamanı 5 nəfər yanıb

© Sputnik / Ilham MustafayevGəncədə partlayış
Gəncədə partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralıların vəziyyəti ağır olduğundan onları Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər

BAKI, 21 aprel – Sputnik. Kürdəmirdə evdə partlayış baş verib, bir ailənin beş üzvü yanıq xəsarətləri alıb.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbərinə görə, hadisə bu səhər saat 6:00 radələrində rayonun “Cənub məhəlləsi” adlanan ərazisində baş verib.

Pakistanın qərbində yerləşən Kvetta şəhərində baş verən partlayış - Sputnik Azərbaycan
HADİSƏ
Qardaş ölkədə dəhşətli partlayış, 16 ölü, 13 yaralı

Belə ki, 31 yaşlı Əsədov Anar Bünyad oğlu səhər oyanıb televizoru yandırarkən partlayış baş verib. Nəticədə 31 yaşlı Anar Əsədov, 34 yaşlı Qəndab Hüseynova, 8 yaşlı İlahə Əsədova, 4 yaşlı Günay Əsədova və 2 yaşlı Bünyad Əsədov müxtəlif növ ağır yanıq xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.

Yaralıların vəziyyəti ağır olduğundan onları Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0