Oğrular

Bakının mərkəzində film kimi cinayət törədilib

186
(Yenilənib 16:56 18.04.2019)
Nərimanov rayonunda aptektdən külli miqdarda pul oğurlayan şəxslər polislər tərəfindən saxlanılıblar

BAKI, 18 aprel — Sputnik. Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən apteklərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, naməlum şəxs obyektə daxil olaraq aptekdə olan seyfləri qıraraq oradan külli miqdarda pul oğurlayıb. 

Hadisə ilə bağlı Nərimanov Rayon Polis idarəsi və 16-cı Polis Bölməsinə məlumat daxil olan kimi dərhal yaradılan əməliyyat-istintaq qrupu tərəfindən obyektə baxış keçirilib. İdarə və Bölmə əməkdaşlarının "isti" izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev saxlanılıblar.

Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvlərindən ikisi - Ə.İsmayılov və Ç.Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar. Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar.

Bu məqsədlə Ə.İsmayılov Ç.Xankişiyevi həmyerlisi A.Məmmədli ilə tanış edib. Əldə olunan razılığa əsasən, hadisə günü A.Məmmədli obyektin dam hissəsini kəsərək əvvəlcə anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub.

Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfləri qıraraq içindəki pulları ələ keçirib. Qeyd edək ki, A.Məmmədlinin aptekə daxil olma anı obyektin müşahidə kameraları vasitəsilə lentə alınıb.

Hadisədən sonra A.Məmmədli özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Daha sonra dəstə üzvləri Ç.Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər.

Qeyd edək ki, dəstə üzvlərinin yaşadıqları evə baxış zamanı oğurlanan pulların bir hissəsi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Nərimanov RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

186
Teqlər:
polis, pul, oğurluq, aptek
Əlaqədar
Evdən və marketdən oğurluq etmək istəyənlər saxlanılıb
Qadının avtomobilindən oğurluq edən saxlanılıb
Magistral yolda oğurluq edən şəxs saxlanıldı
Bakıda inanılmaz oğurluq – Fabrikdən 170 minlik toyuq aparıldı
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Sədri peşman edən iyirmi ilin rahatlığı: pulsuzluq artıq üfunət iyi verir - VİDEO - FOTO

695
(Yenilənib 18:38 08.08.2020)
Yeni seçilən sədr ümid edirmiş ki, bələdiyyənin pulunu yığıb, xərclədiyini geri qaytarar. Ondan sonra işlər yoluna düşər. Amma Güloğlular qəsəbəsinin sakinlərinin düşdükləri bəla heç də gül qoxumur

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Bərdənin Güloğlular yeni qəsəbə massivində 150-yə yaxın ev var. Sakinlərin sosial problemləri az deyil: qaz çəkilməyib, içməli suyu kənardan gətirirlər. Həyət-bacalarını suvarmaq üçün 6-8 metrdən çıxarılan quyu suyundan istifadə edirlər. Burada qabaran problemin biri də məişət tullantılarının düzgün idarə olunmamasıdır. Qəsəbədə tullantılar üçün qablar qoyulmayıb. Sakinlər yaranmış dözülməz vəziyyət barədə Sputnik Azərbaycan-a şikayətləniblər. Onlar bildiriblər ki, evlərinə yaxın ərazidə yaranmış zibilliyin üfunətindən dayana bilmirlər. Hətta zibillkdə məskən salmış siçan, siçovullar yaşadıqları evlərə doluşur.

© Sputnik / Musa Muradli
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Qəsəbə sakini Şamxal Əsədov bildirib ki, zibilliyin qoxusundan nəfəs ala bilmirlər:

“Buradakı evlər təzə tikilib. Müəyyən problemləri var ki, həll olunmalıdır. Belə problemimizdən biri də qəsəbə yolunun üzərində yaranan zibillikdir. Heyvan ölüsünə qədər gətirib buraya atırlar. Zibilliyə it leşi də tullayırlar. Antisanitariya baş alıb gedir. Xüsusilə koronavirusun tüğyan elədiyi bir vaxtda belə bir xəstəlik mənbəyinə laqeyd münasibəti anlamaq olmur".

Şamxal Əsədovun bildirdiyinə görə, bu cür başqa bir zibillik də varmış. Öz vəsaitləri hesabına oranı təmizlədiblər.

”Zibilliyin birini özümüz təmizlətdik. İndi çalışırıq ki, oraya zibil atan olmasın. Ancaq zibilliyin hamısını təmizləmək gücümüz daxilində deyil. Bunun üçün bələdiyyə sədrinə müraciət etmişik. Buna baxmayaraq, dözülməz vəziyyət dəyişməyib. Günbəgün zibilliyə atılan tullantıların həcmi artır”, - Şamxal Əsədov qeyd edib.

Nizaməddin İsbəndiyarov Güloğlular massivində kirayənişin kimi yaşasa da, o da buranın sakinləri kimi məcburən üfunət qoxuyan zibilliyin havası ilə nəfəs alır: ”Nəvəmiz, uşağımız var. Özümüzdən çox, onların gününə yanırıq. Yayın istisində evimizin qapı-bacasını açmaya bilmirik. Açanda da pis qoxu içəri dolur. Uşaqlar məktəbə gedəndə pəncərədən baxıb görürdüm ki, hamısı əlləriylə ağızlarını tutub keçirlər. Xüsusilə xəstəliyin yayılan vaxtında belə bir zibilliyin yığışdırılması təmin olunmalıdır”.

© Sputnik / Musa Muradli
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Qəsəbə sakini olmayan Müsafir Cəmilli mütəmadi olaraq qəsəbəyə baş çəkir. Onun da övladlarından biri burada yaşayır. Bildirir ki, 150 evi olan qəsəbədə qaz çəkilişi aparılmayıb. Qış aylarında sakinlər yanacaq qismində odundan istifadə edirlər. İndi də növbəti qışın gəlişinə baxmayaraq qaz çəkilişi ləngiyir. Müsafir Cəmilli içməli suyun olmadığını da qeyd edib. Əhali suyu uzaq məsafələrdən gətirməyə məcbur olur.

“Kanalı təmizləyib, qırağa töküblər. Daşıyıb, ərazidən kənarlaşdırmayıblar. Abadlıq baxımından ürəkaçan mənzərə deyil. Qarşıdan yağı qış gəlir. Qaz çəkilməlidir. Qaz olmadığına görə buranın sakinləri odundan istifadə eləməli olurlar. Oduna da ki pul çatdırmaq mümkün deyil. Burada yaşayanların əksəriyyəti kasıb adamlardır. Pandemiya səbəbindən bir neçə aydır çoxu işləmir. Bunun üçün də qaz çəkilişi aparılmalıdır ki, qış gələndə qayğıları bir az yüngülləşsin“, - deyə Müsafir Cəmilli vurğulayıb.

© Sputnik / Musa Muradli
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik

Güloğlular kənd bələdiyyəsinin sədri Mifaqət Əliyev bildirib ki, zibilin daşınması üçün əvvəllər maşın təşkil edib, fəhlə gətirib, qəsəbə sakinlərinin vəsaiti hesabına tullantıların ərazidən götürülməsinə nail olub. Ancaq vəsaitin toplanması sonradan mümkün olmayıb. 70 nəfərdən 30-u çəkilən xərclərə hesablanmış aylıq pulu ödəməkdən imtina edib. Buna görə də zibilin daşınmasını davam etdirmək mümkün olmayıb.

Onu da qeyd edək ki, Mifaqət Əliyev ötən bələdiyyə seçkilərində yerli özünüidarəetmə orqanına üzv seçilib. Bələdiyyə sədrinin dediyinə görə, bələdiyyənin maddi imkanları yox səviyyəsindədir. Özündən əvvəlki bələdiyyədən ona qalan miras ancaq borclardır. Bələdiyyə büdcəsində bir manat da olsun, pul vəsaiti olmayıb. Bələdiyyənin mülkiyyətində olan torpaqlara görə vergisi və icarə haqqı toplanmadığından büdcə boş qalıb. DSMF-yə külli miqdarda bələdiyyə borcu yaranıb.

© Sputnik / Musa Muradli
Bərdənin Güloğlular yeni qəsəbəsində zibillik
“Sentyabrın 15-dən noyabrın 15-nə qədər bələdiyyənin səlahiyyətinə aid olan vergilər yığılmalıdır. Ancaq heç kim vermir. Deyirlər ki, 20 ildir, vergi yığan olmayıb. İndi bu nədir belə? Görürəm ki, özümü çox çətin bir xətaya salmışam”, - deyə bələdiyyə sədri vurğulayıb.

Mifaqət Əliyev bələdiyyə sədri seçiləndən şəxsi vəsaiti hesabına müəyyən işlər gördüyünü də deyib. Ümid edirmiş ki, bələdiyyənin pulunu yığıb, xərclədiyini geri qaytarar. Ondan sonra işlər yoluna düşər. Yavaş-yavaş kəndin abadlığını, camaatın güzəranının yaxşılaşdırılmasını təmin edər. Ancaq bələdiyyənin problemlərini çözə bilmədiyindən gözləntilərini doğrulda bilməyib.

Bələdiyyə sədri qeyd edib ki, bələdiyyənin büdcəsinə pul gələndən sonra zibilliklərin təmizlənməsi təmin ediləcək. İndiki halda isə bələdiyyənin vəsati olmadığından ərazidəki tullantıların daşınması təmin edilmir.

695
Əlaqədar
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik
Zibilinizi yığışdırın! Yoxsa özünüz də zibilə düşə bilərsiz
İlin hər fəslində təhlükəylə üz-üzəyik: qapıya asılanı yiyəsi vaxtında aparsa...
Yasamal gölünü kim qurudur? Müəmma davam edir
Bütün paytaxtı "dəli" edən iyin qarşısı belə alınır - FOTOLAR
Avtobus

Üç yüz manat xeyir götürəcəkdi, 15 günlük həbsə düşdü - FOTO

517
(Yenilənib 16:10 08.08.2020)
İcazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına söz verən kişinin heç sürücülük hüququ olmadığı ortaya çıxıb

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə karantin qaydalarını pozaraq, Bakıya sərnişin daşımağa cəhd edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərabaycan-a verilən məlumata görə, qanunsuz fəaliyyətlə məşğul olan Mingəçevir şəhər sakini Vasif Osmanov idarə etdiyi “Mercedes” markalı avtobusla sərnişinləri Bakıya aparmaq istəyən zaman şəhər ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb. Yoxlanış zamanı V.Osmanovun sürücülük hüququ olmadan sükan arxasına əyləşdiyi də məlum olub. O, icazəsi olmayan 30 sərnişinin hər birindən 10 manat almaqla onları Bakı şəhərinə aparacağına dair söz verdiyini bildirib.

© AR Ministry of Internal Affairs
Saxlanılan şəxs

Sürücü Vasif Osmanov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və  o, məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati həbs edilib. Sərnişinlər barəsində isə protokol tərtib edilərək, cərimə olunublar.

517
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Balakəndə istirahət edənləri polis sıraya düzdü
Əvvəl açıq havadakı restoranlar, sonra rayonlara gediş-gəliş açılacaq
Hökumət karantin rejiminin daha da yumşaldılması barədə qərar qəbul edib
Hamam kömək etmədi: uşaq bağçasına görə valideynlər də cəzalandılar
DYP Bakını tərk etmək istəyən sürücülərə xəbərdarlıq edib
Gürcüstanda əhatəyə alınmış cinayət yeri, arxiv şəkli

Gürcüstanda atışma: evləri oteli yandırdılar, ölən var

0
(Yenilənib 01:18 09.08.2020)
Hadisəyə səbəb Kulikam kəndində 27 yaşlı kişinin qətli olub. Onun qohumları qisas almaq qərarına gəliblər: şəhərdə qarşıdurma və dava başlayıb. Bir nəfər güllə yarası alıb

BAKI, 9 avqust — Sputnik. Gürcüstanın cənubunda Axalkalaki şəhərində (Samsxe-Cavahetiya bölgəsi) gənclərin davası nəticəsində bir nəfər ölüb, bir neçə ev və otel yandırılıb.

Sputnik Gürcüstan xəbər verir ki, vəziyyəti nəzarətə götürmək üçün polisi səfərbər etmək lazım olub. 

Hadisəyə səbəb Kulikam kəndində 27 yaşlı kişinin qətli olub. Onun qohumları qisas almaq qərarına gəliblər: şəhərdə qarşıdurma və dava başlayıb. Bir nəfər güllələnib.

“Axalkalaki rayonunda kriminal hadisə olub, adam ölüb. Bundan sonra kəndlilər şəhərdə toplaşıblar və daha bir kriminal hadisə baş verib. Hadisə yerinə əlavə polis qüvvələri gəlib. Şəhərdə vəziyyətə tamamilə nəzarət olunur. Gərginlik davam edir, amma əlavə polis qüvvələri vəziyyəti nəzarətə götürüblər”, - Samsxe-Cavahetiyanın qubernatoru Besik Amiranaşvili deyib.

Hadisə ilə bağlı Axalkalakidə “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi açılıb.

 

0