Mal əti

Dörd yüz kiloqram xəstəliyə tutulmuş heyvan əti aşkarlanıb

35
(Yenilənib 14:45 18.04.2019)
Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib

BAKI, 18 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin (DTA) nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində tədbir keçiriblər.

DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbir zamanı Ağdam rayon sakini İ.Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış zamanı yük yerindən iribuynuzlu heyvanlara aid "Aqoniya" xəstəliyinə yoluxmuş və istifadəyə tam yararsız vəziyyətdə olan 400 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

35
Teqlər:
heyvan, ət, QTA, DİN
Əlaqədar
Bakıda yenilənmiş ət satışı məntəqəsi işə başladı
Qanunsuz ət satışı məntəqələrinə qarşı reyd keçirilib
Ət və ət məhsullarını bu qidalarla yeməyin
Bir gündə istifadəyə yararsız 565 kiloqram ət tutuldu
Çaykənd kəndində duman, arxiv şəkli

Sabah bu insanlar üçün çox əlverişli hava olacaq

8
(Yenilənib 17:42 01.12.2020)
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 1 dekabr — Sputnik. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Şimal küləyi əsəcək.

Bu barədə Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-13, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Dekabrın 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, dekabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

8
Qərənfil

Rusiyada Dövlət Təsviri İncəsənət Muzeyinin prezidenti vəfat edib

6
(Yenilənib 13:10 01.12.2020)
İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Əməkdar İncəsənət Xadimi, akademik, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti İrina Antonova vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, 100 yaşlı görkəmli sənətşünasın vəfat xəbərini, Muzeyin direktoru Marina Loşak yayıb.

İrina Antonova RSFSR və Rusiyanın nüfuzlu sənət mükafatları ilə təltif edilib. Ömrünün böyük hissəsi A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinə bağlı olub. 2013-cü ildə Rusiya Dövlət Muzeylərinin baş kuratoru vəzifəsinə təyin edilib. Elə həmin ildən Puşkin Muzeyinin direktoru vəzifəsindən azad edilib və onun üçün təsis edilən Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Prezidenti vəzifəsini icra etməyə başlayıb.

Mərhum akademik çox sayda orden, medal və mükafatlarla təltif olunub.

6
Teqlər:
Prezident, Rusiya, muzey, təsviri incəsənət, Vəfat
Azərbaycan bayrağı, arxiv şəkli

ƏSA Teatrının kollektivi xalqımızı belə təbrik etdi - VİDEO

0
(Yenilənib 20:16 01.12.2020)
ƏSA Teatrının kollektivi videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür ediblər.

BAKI, 1 dekabr — Sputnik. Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı Azərbaycan xalqının İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi münasibətilə növbəti sosial videoçarx hazırlayıb. Videoçarxda teatrın aktyor heyəti iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, İkinci Qarabağ müharibəsi başlayan gündən vətənpərvərlik istiqamətində layihələr həyata keçirən ƏSA Teatrının kollektivi budəfəki videoçarx vasitəsilə şanlı qələbəmizdə əməyi olan vətəndaşlarımıza, jurnalistlərimizə, polislərimizə, həkimlərimizə, müharibənin əsas qəhrəmanı olan hərbçilərimizə və Ali Baş Komandanımıza təşəkkür edərək, qələbə sevincini bölüşüb.

0
Teqlər:
xalq, təbrik, ƏSA Teatrı