Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daha bir məktəbdə insident: Məktəbli xəstəxanaya çatdırılıb

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib

BAKI, 18 aprel — Sputnik. Bakıda F.Gözəlov adına 124 saylı orta məktəbin şagirdi xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 13 yaşlı məktəbli (adı açıqlanmır - red.) yıxılaraq xəsarət alıb.

O, dərhal təcili yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Xəstəyə belin küt travması diaqnozu qoyulub. Məktəbli müayinə olunduqdan sonra isə evə buraxılıb.

Məlumat 124 syalı orta məktəbdən də təsdiqini tapıb. "Uşaq xəsarət almayıb. Sadəcə yıxıldığı üçün təcili yardıma müraciət etmişik" - deyə məktəbdən Sputnik Azərbaycan-a bildirilib.

Bununla belə, hadisənin necə baş verməsi ilə bağlı sualımıza cavab ala bilmədik.

Xəbər lenti
0