İnək

Bərdədə inək öz sahibini tapdalayaraq xəstəxanalıq edib

107
(Yenilənib 19:59 16.04.2019)
Heyvan onu buynuzlayaraq və ayaqlayaraq ağır bədən xəsarətlərinə məruz qoyub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Bərdə rayonunun Mustafaağalı kəndində bədbəxt hadisə qeydə alınıb. Sputnik Azərbaycan-ın bölbə müxbiri xəbər verir ki, kənd sakini Tufan Musayev ev heyvanlarına qulluq göstərərkən inəyin hücumuna məruz qalıb.

Hadisəyə səbəb inəyin həyətdəki itdən hürkməsi olub. İt inəyə yaxınlaşarkən heyvan təlaş keçirərək özünü itirib. Nəticədə sahibi Tufan Musayevə hücum edərək, onu buynuzlayıb, ayaqlayaraq ağır bədən xəsarətlərinə məruz qoyub.

Hadisə baş verərkən digər ailə üzvləri inəyi sakitləşdirə bilməyiblər. Nəticədə Tufan Musayevin ayağı sınıb.

Tufan Musayevin anası Qaratel Musayeva bildirib ki, Bərdə Mərkəzi Rayon Xəstəxanasında oğlunun ayağındakı sınığa görə lazımi tibbi yardım göstərilərək sarğı qoyulsa da, cərrahi müdaxiləyə ehtiyac var.

107
Teqlər:
it, heyvan, inək
Əlaqədar
Cənub zonasında "inək qətliamı" yaşanır – Səbəb və səbəbkarlar bəlli deyil
İnəklər üçün sosial şəbəkə yaradıldı
İlginc olay: İnək canavara hücum etdi, ev sahibini qurtardı