Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Space" TV-dəki böyük biabırçılığa görə müğənnilər məhkəməyə verildi

Abunə olmaq
Məhkəmənin baxış iclası aprelin 24-nə təyin edilib

BAKI, 16 aprel — Sputnik. Milli Teleradio Şurası müğənnilər Rüfət Axundov və Rəşad İlyasovu "Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə xüsusi ittiham qaydasında məhkəməyə verib. Sputnik Azərbaycan xəbər verir ki, şikayətdə hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalandırılması tələb edilir. 

© ©KARİKATURAANTİ TV
Space TV-dəki böyük biabırçılığa görə müğənnilər məhkəməyə verildi - Sputnik Azərbaycan
ANTİ TV

İş Yasamal Rayon Məhkəməsində hakim Günel Əkbərlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) məlumatına əsasən, "Space" TV-də "Hər səhər" verilişində müğənni Rüfət Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub.

MTRŞ aprelin 5-də kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin, televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək, R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.

Bundan sonra MTRŞ televiziya barədə İnzibati Xətalar Məcəlləsin 384.0.1-ci (televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulması, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən, erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına) maddəsi ilə protokol tərtib edib və inzibati qaydada məhkəməyə müraciət edib.

Məhkəmənin baxış iclası aprelin 24-nə təyin edilib.

Xəbər lenti
0