Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Daha bir ana ölümü baş verdi

89
(Yenilənib 16:29 13.04.2019)
Neftçala sakini doğuş zamanı dünyasını dəyişib

BAKI, 13 aprel — Sputnik. Bakıda doğuş zamanı ana ölüb.

Sputnik Azərbaycan-ın oxu.az-a istinadla xəbərinəı görə, bununla bağlı Yasamal rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, aprelin 12-si 07:30 radələrində Respublika Klinik Xəstəxanasında doğuş zamanı Neftçala rayon sakini, 26 yaşlı Qənbərova Elnurə Ələddin qızı dünyasını dəyişib.

Hazırda rayon prokurorluğunda faktla bağlı araşdırmalara başlanılıb. Ölümün dəqiq səbəbi araşdırılır.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda ana ölümlərinin sayı azalıb.

Ana ölümünün nisbəti 2017-ci ildə hər 100 min nəfərə 14,6 düşürdüsə, 2018-ci ildə bu rəqəm 12,2 olub.

89