Polis maşınları, arxiv şəkli

Daha bir intihar xəbəri gəldi

368
(Yenilənib 18:24 12.04.2019)
Hadisə bu gün günorta saatlarında Şabranın Xırdaoymaq kəndində baş verib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 aprel — Sputnik. Epilepsiya xəstəsi olan 3 uşaq anası intihar edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında Şabranın Xırdaoymaq kəndində baş verib.

1986-cı il təvəllüdlü Pəri Əliyeva özünü yaşadığı evin həyətindəki tövlədə asıb.

3 uşaq anası olan P.Əliyevanın epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir. İlkin ehtimala görə, intiharın səbəbi də bununla bağlı olub.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

368
Teqlər:
qadın, intihar, xəstə
Əlaqədar
Bakıda məktəbli qızın dəhşətli intihar videosu yayıldı
İntihar edən şagirdin atası danışdı: "Ölümündən 2 gün öncə zəng edib demişdi ki..."
Məktəbli qızın intiharından sonra jurnalistlər üçün daha bir şok