Dərs

Paytaxtda daha bir şagird xəstəxanalıq oldu

118
(Yenilənib 12:53 12.04.2019)
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır

BAKI, 12 aprel — Sputnik. Qaradağ rayonu Qobustan qəsəbəsində 321 nömrəli məktəbdə insident baş verib. ONA-nın xəbərinə görə, müəllim şagirdi döyüb. Nəticədə uşaq xəsarət alıb.  Şagird təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlər isə xəsarət alan şagirdə kəllə beyin travması diaqnozu qoyublar.

321 nömrəli tam orta məktəbdən ONA-nın sorğusuna verilən cavaba görə, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb. Şagirdin halı pisləşdiyi üçün başı dəyib: "Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib".

Məlumatda bildirilir ki, şagirdin güclü baş ağrıları olduğu üçün, valideyn dəfələrlə bununla bağlı həkimə müraciət edib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri haqqında əlavə məlumat veriləcək.

118