Yanğınsöndürən

Sabunçu rayonunda yanğın olub

15
(Yenilənib 10:07 11.04.2019)
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

BAKI, 11 aprel — Sputnik. Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 20 m² olan qarajın içərisində "Tofaş" markalı minik avtomobilinin yanar hissələri və 2 m² sahədə əşyalar yanıb.

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Qaraj və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

15
Teqlər:
qaraj, avtomobil, Sabunçu rayonu, Bakı şəhəri