BAKI, 10 aprel — Sputnik. Göyçay rayon sakini faciəli şəkildə dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın ONA-ya istinadla xəbərinə görə, rayonun Yekəxana kənd sakini, 1981-ci il təvəllüdlü Quliyev Qoşqar Əvəz oğlu sahibsiz küçə itinin hücumuna məruz qalıb. İt dişləməsi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Q.Quliyevə quduzluq diaqnozu qoyulub. Tibbi yardıma baxmayaraq Q.Quliyev dünyasını dəyişib.
Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, son vaxtlar it dişləməsi ilə bağlı xəstəxanaya müraciət edənlərin sayı artıb. Son 3 ayda rayonda 110 nəfər it dişləməsi səbəbindən xəstəxanaya müraciət edib, quduzluğa qarşı vaksinlər vurulub, onların həyatı xilas olunub.
BAKI, 24 yanvar - Sputnik. Bakının Xətai rayonunda "Toyoto" markalı avtomobil yüksək sürətlə 4 avtomobilə çırpılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nobel prospektində qeydə alınıb.
Ağayev Vüsal Əhməd oğlunun idarə etdiyi "Toyoto" markalı avtomobil əvvəlcə Ruslan Mircəfərovun idarə etdiyi eyni markalı avtomobilə çırpılıb.
V.Ağayevin idarə etməsindən çıxan maşın daha sonra ard-arda "Renault", "Skoda" və "Dodge" markalı nəqliyyat vasitələrinə çırpılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
BAKI, 24 yanvar - Sputnik. Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki binada qeydə alınıb.
Belə ki, binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.
BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.
Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.