Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda torpaq uçqunu baş verib, xəsarət alanlar var

© Sputnik / Murad OrujovTəcili Tibbi Yardım maşınları, arxiv şəkli
Təcili Tibbi Yardım maşınları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə kanalizasiya xəttində qəza aradan qaldırılan zaman yaşanıb

BAKI, 9 aprel — Sputnik. Ucar şəhərində torpaq uçqunu baş verib. Nəticədə "Azərsu" ASC-nin 2 əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ASC-nın mətbuat katibi Anar Cəbrayıllı məlumat yayıb. Onun sözlərinə görə, hadisə kanalizasiya xəttində qəza aradan qaldırılan zaman yaşanıb.

Şamaxıda baş vermiş torpaq sürüşməsi nəticəsində zədələnmiş evlər - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda rayon mərkəzində torpaq sürüşdü, küçəboyu evlər uçur

"Kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı 2 nəfər əməkdaşımız xəsarət alıb. Onların həyatı üçün təhlükə yoxdur. Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar xəstəxanasında müayinə olunur", - deyə Cəbrayıllı vurğulayıb.

ONA-nın əldə etdiyi əlavə məlumata görə, hadisə bu gün axşam saatlarında şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb. "Azərsu" ASC tərəfindən qazıntı işləri aparılan zaman torpaq uçqunu olub. Nəticədə 4 nəfər uçqun altında qalıb.

Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0