Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda maraqlı olay: Polis ərəb turistin pulunu geri qaytardı

CC0 / Juni / ArabАрабский турист у моря
Арабский турист у моря - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizdə qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib

BAKI, 8 aprel — Sputnik. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ölkəmizdə səfərdə olan ərəb turistin itən çantasını qısa zamanda taparaq sahibinə qaytarıb.

Арабские туристы в Баку, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ərəb turistlər ölkəmizi tərk edirlər, amma "müqəddəs yer boş qalmır"

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Aprelin 7-də saat 21:25 radələrində Su Nəqliyyatında Polis İdarəsinə Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni tərəfindən zəng daxil olub. Həmin şəxs müraciətində Dənizkənarı Milli Parkın ərazisində "Şəfəq" gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib.

Məlumat İdarə rəisinə məruzə olunub və qısa zamanda verilən göstərişə əsasən əməliyyat qrupu hadisə yerinə göndərilib. Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb. Ölkəmizdə qonaq olan xanım turist qısa müddətdə çantasının tapılmasında göstərdikləri köməkliyə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib.

Xəbər lenti
0