Карета скорой помощи в Баку, фото из архива

Sumqayıtda evdə partlayış baş verib, yaralananlar var

3606
Faktla bağlı polis idarəsində araşdırma aparılır

BAKI, 7 aprel - Sputnik. Aprelin 7-də səhər saatlarında Sumqayıt şəhərinin “Yaşma bağları” yaşayış massivindəki fərdi evlərin birində partlayış olub.

Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, qaz balonunun partlaması nəticəsində 1986-cı il təvəllüdlü Samirə Şakir qızı Məmmədova və onun 2012-ci il təvəllüdlü övladı Aliyə Əhməd qızı Məmmədova yanıq xəsarətləri alıblar.

Yaralılar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, daha sonra isə Bakıya klinikaya göndəriliblər.

Faktla bağlı polis idarəsində araşdırma aparılır.

3606

Səhəri dəhşətli qəza xəbəri ilə açdıq: 5 ölü

13
(Yenilənib 09:40 26.05.2020)
Müşfiqabad qəsəbəsi ərasində iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

BAKI, 26 may – Sputnik. Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hadisə Müşfiqabad qəsəbəsi ərasində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

13
 Xəstəxana, arxiv şəkli

Gəncədə yaralanan gənclərdən biri həyatını itirdi

53
Gəncədə avtomobilin quyuya aşması nəticəsində yaralananların şəxsiyyəti məlum olub. Onlardan biri xəstəxanada keçinib

BAKI, 25 may - Sputnik. Gəncədə “VAZ 2106” markalı avtomobilin quyuya düşməsi nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Gəncənin Atabəylər prospektində hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında qazılmış 9 metr dərinliyində olan quyuya düşüb. Nəticədə 1985-ci il təvəllüdlü Rəcəbov Fuad Kamran oğlu və 1990-cı il təvəllüdlü Məmmədov Elmir Etibar oğlu ağır xəsarətlər alıblar. 

Məlumata görə, Rəcəbov Fuad Kamran oğlu xəstəxanada vəfat edib.

53
Əlaqədar
Bayram günü dəhşətli qəza: Avtomobil iki hissəyə bölündü
Ramazan şirniyyatı qismət olmadı: Mingəçevirdəki qəzanın təfərrüatı
Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi
Gəncədə maşın quyuya düşüb: yaralılar var
 Mİ-8 helikopteri, arxiv şəkli

Rusiyada daha bir vertolyot qəzası Ölənlər var

0
(Yenilənib 09:47 26.05.2020)
Qəza helikopterin təmirindən sonra sınaq uçuşu zamanı baş verib. Həlak olanların hamısı hərbçidir. Hadisəyə texniki nasazlıq səbəb olub.

BAKI, 26 may – Sputnik. Rusiyanın Çukotka muxtar dairəsində Mi-8 helikopteri sərt eniş edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 4 nəfər həlak olub.

Qeyd olunur ki, qəza helikopterin təmirindən sonra sınaq uçuşu zamanı baş verib. Həlak olanların hamısı hərbçidir.

Helikopter sərt eniş etdikdən sonra yanğın başlayıb. Hadisəyə texniki nasazlıq səbəb olub.

Qeyd edək ki, cəmi bir neçə gün öncə ölkədə daha bir vertolyot qəzası baş vermişdi.

0