Seysmoqraf. Arxiv şəkli

Şimal-qərb bölgəsi silkələndi, səbəb Gürcüstandadır

3934
(Yenilənib 13:15 07.04.2019)
Yeraltı təkanların maqnitudası 4,5, dərinliyi isə 15 km olub

BAKI, 7 aprel - Sputnik. Şimal-qərb bölgəsində, Balakən, Zaqatala və Qax rayonunda zəlzələ olub.

Bu barədə Sputnik Azərbaycan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir.

İlkin məlumatlara əsasən, yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ ətraf rayonlarda, o cümlədən Azərbaycanın şimal-qərb bölgəsində 3 bala qədər hiss olunub. 

Yeraltı təkanların maqnitudası 4,5, dərinliyi isə 15 km olub.  

3934