Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda özünü yandıran şəxs xəstəxanada öldü

© Sputnik / Fuad HasanovSumqayıt Təcili Tibbi Yardım Xəstəxanası
Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Dadaşov Kamil İmaddədin oğlu özünü ailə üzvlərinin gözü qarşısında yandırıb

BAKI, 6 aprel — Sputnik. Aprelin 2-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə özünü yandıran şəxs xəstəxanada dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın ONA-ya istinadla məlumatına görə, aprelin 2-də içki aludəçisi olan Dadaşov Kamil İmaddədin oğlu özünü ailə üzvlərinin gözü qarşısında yandırıb.

Bədəninin 70 faizi yanan K. Dadaşov əvvəl Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Onun vəziyyəti ağır olduğundan Bakı şəhər 5 nömrəli xəstəxanaya göndərilib. Həkimlərin səylərinə baxmayaraq o 4 gündən sonra dünyasını dəyişib.

Mərhumun meyidi aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Xəbər lenti
0