Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Evdən və marketdən oğurluq etmək istəyənlər saxlanılıb

© Sputnik / Murad OrujovPolis maşını, arxiv şəkli
Polis maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Xırdalan şəhərində yerləşən xüsusi vasitələrlə qorunan "Fresco" marketdən oğurluq edilməsinin qarşısını alıblar

BAKI, 5 aprel — Sputnik. Novxanı qəsəbəsində yerləşən Xalıq İbrahimova məxsus xüsusi texniki vasitələrlə qorunan bağ evindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə "həyəcan" siqnalı daxil olub. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib. Əraziyə gələn polislər mənzilin pəncərəsinin açıq olduğunu və bir nəfərin evin hasarından aşaraq qaçdığının şahidi olublar.

Onu təqib edən polislərin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. İdarədə araşdırma aparılan zaman həmin şəxsin Bərdə rayon sakini Qulu Əhmədov olduğu məlum olub.

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Xırdalan şəhərində yerləşən xüsusi vasitələrlə qorunan "Fresco" marketdən də oğurluq edilməsinin qarşısını alıblar. Həmin obyektdən gələn həyəcan siqnalı polislər tərəfindən yoxlanılan zaman oradan oğurluğa cəhd göstərən Bakı şəhər sakini Ağamövsüm Cavadov saxlanılıb. Bu şəxs də ərazi üzrə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Qeyd edilən hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0