Пожар в торговом центре Диглас

Nazirdən "Diqlas" barədə yeni açıqlama

54
(Yenilənib 19:14 05.04.2019)
"Yanan binanın sökülüb, tikilməsi vaxt aparacaq"

BAKI, 5 aprel — Sputnik. Xəbər verdiyimiz kimi bu gün iqtisadiyyat naziri Şahin Mustafayev "Diqlas" ticarət mərkəzinin yanması nəticəsində zərər çəkmiş sahibkarlara kartlar paylayıb. Nazir bununla bağlı jurnalistlərə açıqlamasında qeyd edib ki, yanan binanın sökülüb, tikilməsi müəyyən zaman aparacaq: "O səbəbdən də sahibkarlara təklif edilən ticarət mərkəzlərində fəaliyyətini bərpa etmələri tövsiyə edilir".

Xatırladaq ki, martın 26-da Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Diqlas" ticarət mərkəzi yanıb.

54