Bakıda buludlu hava

Duman, bulud, külək - Sabahın hava proqnozu

113
(Yenilənib 13:09 03.04.2019)
Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək

BAKI, 3 aprel — Sputnik. Bakıda və Abşeron yarımadasında aprelin 04-də havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 11-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.

Azərbaycanın rayonlarında aprelin 4-də hava, əsasən, yağmursuz keçəcək, lakin bəzi qıraq qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

113