Təcili tibbi yardım

Bakının mərkəzi küçəsində turist öldü

148
(Yenilənib 11:26 03.04.2019)
Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib

BAKI, 3 aprel - Sputnik. Bakının mərkəzində əcnəbi turist ölüb. ONA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, İçərişəhər, Müslüm Maqomayev küçəsində qeydə alınıb.

İraq vətəndaşı, 1965-ci il təvəllüdlü Rafed Abulzahrah Laftah Aldulaimi küçədə qəfildən ölüb.

Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb və müvafiq ekspertizalar təyin edilib.

Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

148
Əlaqədar
Qobustan Qoruğunu bir ildə 123 mindən çox turist ziyarət edib
Kasıblar üçün Avropanın ən ucuz turist şəhəri
Göyçayda gənc oğlan qəflətən öldü
Saatlıda 9-cu sinif şagirdi yıxılaraq öldü