Nardaran qəsəbəsi

Nardaranda yenə silah tapıldı

30
(Yenilənib 12:22 02.04.2019)
T.Xudaverdiyev barəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib

BAKI, 2 aprel — Sputnik. Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Nəticədə Nardaran qəsəbəsi sakini Taleh Xudaverdiyev saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, onun qəsəbə ərazisində yerləşən evinin həyətində axtarış aparılan zaman torpağa basdırılmış 1 ədəd "Makarov" markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

T.Xudaverdiyev ifadəsində odlu silah-sursatı 2015-ci ildə dəniz kənarından tapdığını və həmin gündən bəri polisə təhvil verməyərək gizlətdiyini bildirib.

Faktla bağlı T.Xudaverdiyev barəsində 42-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

30