Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Partlayış zamanı bədəni yanan qadına dəymiş zərər ödənilmir…

© Sputnik / Irade JELILTuranə Mehdiyevanın yanmış əlləri
Turanə Mehdiyevanın yanmış əlləri - Sputnik Azərbaycan
Abunə olmaq
Mehdiyev, həmçinin qeyd edir ki, ərazidə dəfələrlə yoxlama aparılıb və bu barədə "Azəriqaz"a məlumat verilib

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 aprel — Sputnik. Turanə Mehdiyeva adlı qadın keçən il Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi ev 24m2 ünvanında yerləşən evinin hamamında qaz partlaması zamanı yanıb. Redaksiyamıza müraciət edən qadın bir ildir ki, şikayətinin həll edilmədiyini bildirib.

Sputnik Azərbaycan-ın əməkdaşı qadının evində olub və şikayətini dinləyib.

T.Mehdiyevanın sözlərinə görə, bu günə qədər onların hamamxanasında 4 dəfə partlama baş verib: "Hadisə keçən il yanvarın 27-də baş verib. Günorta saatlarında əllərimi yumaq üçün hamam otağına keçdim. İsti suyu açanda partlayış baş verdi. Üzüm, əllərim, ayaqlarım alışdı. Məni təcili yardımla Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyə Klinikasına apardılar. Özümü çox pis hiss edirdim".

© Sputnik / Irade JELILTuranə Mehdiyeva
Partlayış zamanı bədəni yanan qadına dəymiş zərər ödənilmir… - Sputnik Azərbaycan
Turanə Mehdiyeva

Turanə onu da qeyd edib ki, partlayışdan 3 gün öncə baldızı evdən qaz iyi gəldiyini hiss edirmiş: "Baldızım qayınatama dedi ki, evdən qaz iyi gəlir. Qayınatam alovla bütün yivli kəsişmələri yoxladı. Evdə heç bir sızıntı yox idi".

Qayınata Yaqub Mehdiyev isə qeyd edib ki, bu hadisədən sonra onlar "Azəriqaz"a müraciət ediblər. Əraziyə baxış keçirilib və onlara bildirilib ki, hamam-ayaqyolu trapında "85 Lel" səviyyəsində, mətbəxin kanalzasiya xəttində "35 Lel" səviyyəsində qaz sızması var.

© Sputnik / Irade JELILTuranə Mehdiyevanın qayınatası Yaqub Mehdiyev
Partlayış zamanı bədəni yanan qadına dəymiş zərər ödənilmir… - Sputnik Azərbaycan
Turanə Mehdiyevanın qayınatası Yaqub Mehdiyev

"Sensid" PMD cihazı vasitəsilə Z.Qəmbərov küçəsindən keçən kanalizasiya quyuları yoxlanılıb. Evin Z.Qəmbərov küçəsinə baxan pəncərəsinin qarşısındakı asfalt yolun üzərində olan kanalizasiya quyusundan "Lel" səviyyəsində qaz sızması aşkar edilib. Partlayış baş verən evdən, təxminən, 60 km aralıda kanalizasiya quyusunda isə 100 "Vol" səviyyəsində qaz sızması aşkar edilib. Bu da onu deməyə əsas verir ki, partlayış baş verən ərazidə qaz yığılması baş verib.

Partlayışdan sonra ərazidə qazıntı işləri aparılıb və qaz sızması baş verən yerdə boru kəsilərək götürülüb.

Y.Mehdiyev, həmçinin bildirib ki, ərazidə dəfələrlə yoxlama aparılıb və bu barədə "Azəriqaz"a məlumat verilib: “Qaz sızması baş verən ərazidə asfalt yolun üzərində qırmızı rəngli boya ilə işarə qoyulub: "Yəni evimizin hamamına qaz kanalizasiya xətti ilə dolub. Bu rəsmən öz təsdiqini tapsa da, bizə dəyən zərərin ödənilməsi heç kimi maraqlandırmır".

Hadisədən sonra Fövqəladə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, baş leytenant Zaur Quliyev tərəfindən "Azəriqaz" İB Təmir-Tikinti İdarəsinin rəisi Vidadi Həsənovun, həmin idarənin rəisinin birinci müavini Kamran Cəfərovun, idarənin Qəza-Təmir Bərpa sahəsinin rəisi Fərhad Qocayevin əməllərində Cinayət Məcəlləsinin 314.2 maddəsinin əlamətləri olduğu üçün 0011 saylı material Binəqədi Rayon Prokurorluğuna göndərilməsi üçün Baş Prokurorluğa təqdim edilib.

© Sputnik / Irade JELILTuranə Mehdiyevanın yanmış əlləri
Partlayış zamanı bədəni yanan qadına dəymiş zərər ödənilmir… - Sputnik Azərbaycan
Turanə Mehdiyevanın yanmış əlləri

Y.Mehdiyevin sözlərinə görə, ailəyə dəyən zərər "Azəriqaz" İB tərəfindən ödənilməlidir. Ancaq quruma dəfələrlə müraciət edilsə də, müsbət cavab almayıblar.

"Azəriqaz" İB-in mətbuat katibi İbrahim Kərbəlayev Sputnik Azərbaycan-a bildirib ki, məsələ hüquq mühafizə orqanları tərəfindən araşdırılır: "Məsuliyyətin kimdə olduğu müəyyən edildikdən sonra, yəqin ki, məsələyə hüquqi qiymət veriləcək".

Xəbər lenti
0